Polis Bakıda əməliyyat keçirib, 14 nəfər saxlanılıb - VİDEO - FOTO

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Hövsan, Əmircan, Bülbülə, Zığ və Qaraçuxur qəsəbələri ərazisində narkotik vasitələrin dövriyyəsi və satışı ilə məşğul olan 14 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, əməliyyat zamanı əvvəlcə narkotik vasitələrin satışı ilə məşğul olan Ramin Nuriyev saxlanılıb. Onun üzərindən və evindən 1 kiloqrama yaxın heroin və 64 qram metamfetamin aşkar edilib.
Saxlanılan şəxs ifadəsində əsasən Suraxanı qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildirib.
Qeyd edək ki, Ramin Nuriyev ondan narkotik vasitələr alan şəxslər arasında tanınmamaq üçün “Rəmiş” adından istifadə edirmiş.
Bundan başqa Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin satışı ilə məşğul olan əvvəllər dəfələrlə məhkum edilmiş Azər İmanov, Mehbalı Rzayev,Fərman Əliyev,Orxan İbrahimov və Rəşad Əsgərov da saxlanılıb.Bu şəxslərdən də külli miqdarda heron və metamfetamin aşkar edilib.
Azər İmanov və Mehbalı Rzayevin narkotik vasitələrdən istifadə etməsinin görüntüləri sosial şəbəkələrdə də yayılmışdı.

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri digər əməliyyatlar zamanı rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Elnur Bağırov,Murad Qafarov,Ağamməd Vahidov,İlahə Rəhimova,Rəhman Hüseynov,Məhəmməd Əliyev ,Murad Məmmədzadə və Siruz Hacıyev saxlanılıblar.
Onların da üzərindən külli miqdarda heroin netamfetamin aşkar edilərək götürülüb. Bu şəxslər izahatlarında narkotiklərin satışı ilə məşğul olduqlarını etiraf ediblər.
Sonuncu əməliyyatlar zamanı ümumilikdə Suraxanı rayonunda 2 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.
Faktlarla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırmalar başlanılıb. Adları sadalanan şəxslər tutularaq istintaqa cəlb olunublar və barələrində məhkəmə tərəfindən həbs qətimkan tədbirləri seçilib. Hazırda narkotik vasitələrin dövriyyədən çıxarılması istiqamətində Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı












