Polis Bərdədə əməliyyat keçirdi - TUTULANLAR VAR

Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazadan oğurluq edən şəxslər saxlanılıb.
Avtosfer.az xəbər verir ki, aprel ayının 12-də rayon ərazisindəki marketdən oğurluq edilməsi barədə Bərdə rayon polis şöbəsinə məlumat daxil olub.
Məlumatla əlaqədar olaraq həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən rayon sakinləri Aqil Maqsudov və Adil Abdullayev saxlanılıb.
Araşdırmalarla onların ərzaq məhsulları və nəğd pul oğurlamaqla 500 manatdan artıq ziyan vurduğu müəyyən edilib.
Daxil olmuş məlumat əsasında keçirilmiş digər tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs də saxlanılıb.
Belə ki, Bərdə rayon sakini Vüsal Novruzovun şəhər ərazisində yeri müəyyən edilərək şübhəli qismində Polis Şöbəsinə gətirilib. Onun üzərində aparılan şəxsi axtarış zamanı güclü təsiredici xassəyə malik narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.
Qeyd edilən faktlarla bağlı Bərdə rayon polis şöbəsində araşdırmalar davam etdirilir.
Bakıda sürücülərin cərimələnməsinə səbəb olan yol xətlənməsi dəyişdirildi - VİDEO
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO












