Polis Hacıqabulda əməliyyat keçirib, saxlanılan şəxslərdən narkotik aşkarlanıb

Hacıqabulda polis əməliyyat keçirib, saxlanılan şəxslərdən narkotik aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik maddələri qanunsuz dövriyyəsi və satışı ilə məşğul olmaqda şübhəli bilinən Sabirabad rayon sakini, 44 yaşlı Elnur Kərimov saxlanılaraq polis şöbəsinə gətirilib.
Burada onun üzərinə keçirilən baxış zamanı təmiz çəkisi 100 qram olan heroin, 30 qrama yaxın “patı” adlanan narkotik maddə-metamfetamin və 30 ədəd “metadon” həbləri aşkar edilərək götürülüb.
Şöbə əməkdaşları tərəfindən keçirilən digər bir uğurlu əməliyyat tədbirləri ilə narkotik vasitələrin qanunsuz saxlanılmasında şübhəli bilinən Hacıqabul rayon sakini Nazim Quliyev də saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı isə narkotik maddə-heroin aşkar edilib.
Hər iki faktla bağlı Hacıqabul RPŞ-də araşdırmalar davam etdirilir.
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO












