Polis rəisi Operativ Qərargahın tələblərini pozur? - DİN-dən AÇIQLAMA

Sosial şəbəkələrdə Gədəbəy Rayon Polis Şöbəsinin rəisi Mehman Həşimovun rayon ərazisində karantin qaydalarının pozulmasına göz yumması ilə bağlı iddialar səsləndirilib.
Bildirilib ki, rəis toy və ya obyekt sahiblərindən 3000 manat rüşvət almaqla Nazirlər Kabineti yanında Operativ Qərargahın qoyduğu tələbdən, yəni 150 nəfərdən çox qonağın gəlməsinə icazə verir.
Məsələ barədə Daxili İşlər Nazirliyi (DİN) ilə əlaqə saxladıq.
DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, bu iddialar tamamilə cəfəngiyyatdır, əsassızdır, həqiqəti əks etdirmir və böhtan xarakterlidir:
“Hiss olunur ki, bunu yayan qərəzlidir. Polisin və şöbənin fəaliyyətinə kölgə salmağa çalışır”.
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












