Polis şəhid məzarını ziyarət etmək istəyən insanlara zor tətbiq edib? - AÇIQLAMA

Bəzi sosial şəbəkələrdə Yardımlı rayonunda şəhidin məzarını ziyarət etmək istəyən bir qrup rayon sakininə qarşı polis əməkdaşlarının təzyiq göstərməsi, zor tətbiq etməsi ilə bağlı iddialar səsləndirilib.
İddia edilib ki, Aşura mərasiminə görə məscidə yığılan sakinlərdən 30 nəfərə yaxını mərasimdən sonra yaxınlıqda şəhid Şamil Mirzəyevin məzarını ziyarət etmək istəyib. Lakin ərazidəki polislər buna imkan verməyib, hətta sakinlərin əlindəki Azərbaycan bayraqlarını da almaq istəyib.
Məsələ barədə Daxili İşlər Nazirliyi (DİN) ilə əlaqə saxladıq.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, orada polis əməkdaşları tərəfindən heç bir şəxsə qarşı təzyiq göstərilməyib:
“İddialar əsassızdır. Polis əməkdaşları ictimai asayişin qorunması, vətəndaşların təhlükəsizliyinin təmin olunması istiqamətində tədbirləri həyata keçiriblər”.
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












