Polis üç rayonda narkotacirlərə qarşı əməliyyat keçirib, 7 nəfər saxlanılıb - FOTO

Bakı şəhərində polis əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyatlar davam etdirilir.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən məlumata görə, növbəti əməliyyatlar paytaxtın Xətai, Binəqədi və Nəsimi rayonlarında baş tutub.
Belə ki, Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində keçirilən əməliyyat zamanı heroin, eləcə də “patı” adlanan psixotrop maddə metamfetaminin qanunsuz dövriyyəsi ilə məşğul olan Zakir Əhmədov və Qadir Nəcəfov saxlanılıblar. Onlardan külli miqdarda satmaq məqsədi ilə əldə etdikləri adları qeyd edilən narkotik vasitələr aşkar olunub.
Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən də narkotik maddələrin satışı ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirilib. Əməliyyat zamanı əvvəllər məhkum olunmuş Bəhruz Əmənov saxlanılıb. Onun üzərindən və yaşadığı evdən ümumilikdə satmaq üçün əldə etdiyi 1 kiloqram 80 qram psixotrop maddə metamfetamin, eləcə də hazır bükümlərdə güclü təsiredici narkotik vasitə olan kokain və elektron tərəzi aşkar edilib.
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlar tərəfindən də “Papanin” adlanan ərazidə keçirilən əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar. Əməliyyat zamanı paytaxt sakinləri Vüqar Orucov, Nəsimi Adıgözəlov, Mirzə Quliyev və Kamil İmanov saxlanılıblar. Onlardan ümumilikdə 1 kiloqrama yaxın heroin və metamfetamin aşkar edilib.
Faktlarla bağlı Xətai, Nəsimi və Binəqədi Rayon Polis İdarələrində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb və adları sadalanan şəxslər tutularaq istintaqa cəlb olunublar. Cinayət işləri üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.






Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO












