Polis Xaçmazda əməliyyat keçirib, saxlanılanlar var

“Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər çərçivəsində Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini davam etdirirlər
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional Qrupunun baş inspektoru polis leytenantı Xəyal Talıbovun verdiyi məlumata görə, Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində narkotik tərkibli bitkilərin külli miqdarda kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini Əlsafa Hüseynov saxlanılıb.
Həmin şəxsin yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman ümumi çəkisi 60 kiloqrama yaxın yaş vəziyyətdə əkilib-becərilməsi qadağan olunmuş çətənə (kannabis) bitkisi və ümumi çəkisi 7 kiloqramdan çox olan marixuana aşkar olunaraq götürülüb.
Bundan başqa RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tdbirləri zamanı rayon sakini Zahid Tahirov saxlanılıb. Həmin şəxsin yaşadığı evə baxış keçirilən zaman 22 ədəd kibrit qutusunda marixuana, 42 ədəd bükümdə heroin, “patı” “şüşə” adlanan narkotik vasitə metamfetamin və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.
Hər iki faktla bağlı istintaq aparılır.
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












