Polşada elektromobil alanlara maliyyə dəstəyi tətbiq olunur

Polşada 12 iyul tarixindən etibarən elektromobil alanlar üçün maliyyə dəstəyi proqramı qüvvəyə minir.
Avtosfer.az “PAP”a istinadən xəbər verir ki, bu proqram batareya (BEV) və yanacaq elementi (FCEV) ilə işləyən elektromobillərə şamil olunur. İqlim və ətraf mühit naziri müavini İreneuş Zıska bildirib ki, proqram çərçivəsində fiziki şəxslərə 18,75 minədək zlotı (4895 ABŞ dolları), “böyük ailə kartı” sahiblərinə isə 27 minədək zlotı (7050 dollar) əlavə ödəniş oluna bilər.
Bununla yanaşı, bir neçə həftə sonra bu proqramdan şirkətlər, təşkilatlar, yerli idarəetmə qurumları da yararlana biləcəklər. Ümumi büdcəsi 500 milyon zlotı (130 milyon dollar) olan proqramın müddəti 2025-ci ildə başa çatır.
2020-ci ildə Polşanın “Izera” adlı yerli elektromobil brendi altında təqdim olunan SUV və hatçbak avtomobillərinin 2023-cü ildən kütləvi istehsalına başlamaq nəzərdə tutulur. Bununla yanaşı, “Mercedes-Benz” hələ 2019-cu ildə Polşada elektromobil batareyaları müəssisəsi tikəcəyini açıqlamışdı.
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı












