“Poz-Qazan” oyunlarında mayda 14 böyük uduş qazanılıb

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya” ASC-nin “Poz-Qazan” oyunları müxtəlif məbləğli böyük uduşlarla qazandırmağa davam edir.
May ayında “Poz-Qazan” oyunlarında ümumilikdə 14 böyük uduş qazanılıb. Ötən ay yeni satışa çıxmış “Poz-Qazan” tarixində ən böyük uduş – 500 000 manat olan “Prestij” lotereyasında ilk 50 000 manat udulub. Şanslı qalib Gəncə sakini Sahib Muxtarov olub. “Prestij”də daha 6 biletdə isə 5000 manat qazanılıb. Uduşlu biletlər Bakı, Gəncə, Mingəçevir və Şəkidən alınıb. Qazananlardan biri Samir Cahangirli olub.
“Uğurlu 7” lotereyası da Bakıda Rövşən Aslanova 50 000 manat qazandıraraq uğur gətirib. “Uğurlu 7”də daha bir 10 000 manatı Yevlax sakini Anar Səlimov udub. “Tap-Qazan” lotereyasında isə 25 000 manat paytaxt sakinin bəxtinə çıxıb.
Limitli sayda satışa çıxmış “Papaq at” lotereyasında da 2 ədəd biletdə 10 000 manat Bakıda qazanılıb. Qaliblərdən biri Nicat Hüseynov olub.
Naxçıvanda daha bir 10 000 manatlıq bilet “Bombardir”də udulub. “Göz Muncuğu” lotereyasında da 10 000 manatlıq uduş Bakı sakininə nəsib olub.
Qeyd edək ki, “Poz-Qazan” oyunlarında 25 000-dən 500 000 manatadək böyük uduşlar şanslı qaliblərin yolunu gözləyir. Biletləri “Azərlotereya” satış nöqtələri və “Misli” məntəqələri , "Azərpoçt" şöbələri, şəhərimizin market və köşklərindən əldə etmək, həmçinin “Wolt”dan sifariş vermək mümkündür.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












