Prezidentin təyyarəsi Buxara aeroportuna endi - VİDEO - YENİLƏNİB

Xəbərlər 24 Avqust 2026 11:56
Prezidentin təyyarəsi Buxara aeroportuna endi - VİDEO - YENİLƏNİB
WhatsApp kanalımıza abunə olun

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Özbəkistanın paytaxtı Daşkənd şəhərindən Buxara şəhərinə gəliblər.

Buxara Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva qarşılayıblar.

 

***11:25

Prezident İlham Əliyevin təyyarəsi Buxara hava limanına enib.

***

Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri davam edir.

Avtosfer.az xəbər verir ki, səfərin 2-ci günü Buxara şəhərində davam edəcək.

Səfərin işıqlandırılması üçün media heyəti artıq Buxara şəhərindədir.


***

Hazırda Buxara Hava Limanında Azərbaycan Prezidentinin qarşılanması üçün hazırlıqlar görülür.

Oxunub : 160
ŞƏRH YAZ
Ad

E-mail

Şərh