Prezident İlham Əliyev Xankəndi Konqres Mərkəzinin təməlini qoyub - FOTO - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Xankəndi Konqres Mərkəzinin təməlini qoyub.
Avtosfer.az xəbər verir ki, dövlətimizin başçısına layihə barədə məlumat verilib.
Bildirilib ki, Konqres Mərkəzinin ümumi sahəsi 6 min kvadratmetr, tikintialtı sahəsi isə 2 min kvadratmetrə yaxın olacaq. Mərkəzin dörd mərtəbədən və bir zirzəmi qatından ibarət binasında müxtəlif tədbir və ziyafətlərin keçirilməsi üçün zallar olacaq. Burada əyləncə və istirahət üçün idman zalı, qapalı hovuz və SPA zonası da yaradılacaq.
Dövlətimizin başçısına Konqres Mərkəzi ilə bir kompleksdə yer alan "Xankəndi" hotelinin layihəsi barədə də məlumat verilib.
Qeyd edilib ki, hotelin ümumi sahəsi 3800 kvadratmetr, tikintialtı sahəsi isə 900 kvadratmetrdir. Hoteldə müxtəlif tipli 105 otaq olacaq. Bundan başqa, burada ən müasir iaşə məkanları da yaradılacaq. Binanın birinci mərtəbəsində "Lobby Lounge & Terrace" restoranı fəaliyyət göstərəcək.
Vurğulanıb ki, Qarabağın özünəməxsus memarlıq üslubunda inşa ediləcək kompleksdə ölkə və beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi üçün ən müasir tələblərə uyğun şərait yaradılacaq.
Dövlətimizin başçısı Xankəndi Konqres Mərkəzinin təməlini qoyub.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Xankəndi Konqres Mərkəzinin təməlini qoyub.
Avtosfer.az xəbər verir ki. bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
(azərtac)
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident














