Bakıda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb - FOTO

Nəsimi Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən əldə edilən əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Məhərrəm Həsənov saxlanılıb.
DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, onun üzərinə baxış zamanı satış niyyəti ilə qablaşdırılan 11 büküm ümümi çəkisi 10 qram olan psixotrop maddə metamfetamin, 12 büküm ümumi çəkisi 15 qram olan heroin və elektron tərəzi aşkar edilərək götürülüb.
Araşdırma zamanı müəyyən olunub ki, M.Həsənov şəxsiyyəti istintaqa məlum olmayan xarici ölkələrdən birinin vətəndaşı ilə sosial şəbəkələrdə əlaqə yaradaraq narkotik vasitələri satmaq məqsədi ilə ondan alıb.
Qeyd edilən faktla bağlı saxlanılan şəxs barəsində Nəsimi RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Narkotik maddələrin mənbəyinin müəyyən edilməsi istiqamətində zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO














