Pul tələb edən dələduzlar peyda olub - Əhalinin DİQQƏTİNƏ
Xəbərlər
26 Avqust 2021 18:25

“Azəriqaz” İstehsalat Birliyi dövri yoxlama müddəti çatmış əvvəlcədən ödənişli və sonradan ödənişli sayğacların əvəzlənməsi prosesini davam etdirir. Qurumdan Avtosfer.az-a verilən məlumata görə, prosesdə qarşılıqlı iştirakı təmin etmək üçün hər bir abonentə SMS müraciət göndərilir. Yəni istehlakçı əvvəlcədən xəbərdar olur ki, onun sayğacının əvəzlənməsi vaxtı çatıb: "Son günlər SMS müraciətlərimizdən istifadə edərək abonentlərdən pul tələb edən dələduzlar peyda olub. Nəsimi rayonu, Moskva prospektində yaşayan bir sakinə əllərində köhnə qaz sayğacları olan (bu görüntü ilə həqiqətən “Azəriqaz” İB-də işlədikləri görüntüsünü yaradırlar) üç nəfər dələduz yaxınlaşaraq, “Sizin sayğacınızda problem var. Cərimə yazmağımızı istəmirsinizsə, “hörmət” edin” - deyərək pul tələb ediblər.
Abonentlərdən xahiş edirik ki, bu cür hallar baş verdikdə ünvana gələn şəxslərin xidməti vəsiqələrini tələb etməklə yanaşı, dərhal “Azəriqaz” İB-nin 104/185 saylı Çağrı Mərkəzinə, 077 3 104 104 saylı “Whatsapp” nömrəsinə, eləcə də sosial şəbəkə üzərindən Birliyin rəsmi səhifəsinə yazmaqla məlumat versinlər".
Nərminə
Oxunub : 1602
DİGƏR XƏBƏRLƏR
9 Oktyabr 2026 22:29
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
9 Oktyabr 2026 18:47
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
9 Oktyabr 2026 18:22
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
9 Oktyabr 2026 16:11
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
8 Oktyabr 2026 21:44
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
8 Oktyabr 2026 12:41
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
8 Oktyabr 2026 11:53
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
8 Oktyabr 2026 11:14
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
8 Oktyabr 2026 11:11
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
8 Oktyabr 2026 09:24
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
7 Oktyabr 2026 22:17
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
7 Oktyabr 2026 21:41
Bu yolda təmir başlayır - Sürücülərin nəzərinə!
ŞƏRH YAZ












