Qanunsuz balıq ovlayan şəxslər cəzalandırılıb

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Bakı şəhəri akvatoriyasında, Kür çayı və Mingəçevir su anbarında balıq ovlayan şəxslər saxlanılıb.
Avtosfer.az xəbər verir ki, Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı brakonyerlərin Bakı şəhər sakini Simran İbrahimov, Mingəçevir şəhər sakini Xanəli Əhmədov, Yevlax rayon sakini Ağakərim Müslümov və Ağstafa rayon sakini Azər Hüseynov olduğu müəyyən edilib, onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.
"Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb. Bir fakt üzrə isə təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından hazırda Su Nəqliyyatında Polis İdarəsində təhqiqat aparılır".
B.Məhəmmədov onu da qeyd edib ki, ölkə ərazisində keçirilən nəzarət tədbirləri zamanı su hövzələrindən ümumilikdə 2750 metr uzunluğunda sintetik tor yığışdırılıb.
Xidmət rəsmisi balıq ovu ilə məşğul olan fiziki və hüquqi şəxsləri qadağan olunan vaxtlarda və qadağan olunmuş vasitələrlə balıq ovlanmasından çəkinməyə və qaydalara əməl etməyə çağırıb.
Bakıda yeni metro stansiyasının adı AÇIQLANDI
Binəqədi şosesində hərəkətin təşkili dəyişdirilir - VİDEO
Sürücülərin NƏZƏRİNƏ: "Şamaxinka"da yol BAĞLANIR
Yeni dərs ilində yollarda vəziyyət necə olacaq? - VİDEO
Kamil Zeynallı Tailandda döyüldü - VİDEO
Bakıda bu rayonda 15 bina SÖKÜLƏCƏK
Azər Mursaqulov əmr İMZALADI
Basqalda baş verən sürüşmə ərazini tanımayanlara qəza riski yaratdı - VİDEO
Bakıda mal əti bahalaşdı: Səbəblər AÇIQLANDI
Həzi Aslanovda tikinti işlərinə etiraz: “Binanın altı qazılır” - VİDEO
MİDA-nın adından dələduzluq edən tanınmış həkim imiş










