Qanunsuz ov edənlərə qarşı tətbiq olunan cərimələr açıqlanıb

“Milli parklarda yalnız həvəskar balıq ovuna icazə verilir. Onlar parka giriş üçün bilet alıb ov edə bilər”.
Bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova “Ekspert saatı”nda çıxışı zamanı deyib.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini Bəhruz Məhəmmədov isə qeyd edib ki, balıq və su bioresurlarının qanunsuz ovu ilə bağlı keçirilən nəzarət tədbirləri nəticəsində ötən il 248 akt, 108 inzibati xəta haqqında protokol tərtib edilib:
“Ümumilikdə isə 78 430 manatlıq inzibati qaydada cərimə tətbiq olunub. 36 532 manat miqdarında iddia qaldırılıb. Reydlər zamanı Xəzər dənizi və ölkənin daxili su hövzələrində 29 ədəd qayıq, 6 ədəd lövbər, 4 950 ədəd iti uclu qarmaq, 65 162 metr uzunluğunda 800-dən çox sintetik tor, 115 ədəd venter, 108 ədəd səbət, 7 ədəd elektrik cərəyanı aparatı aşkar edilərək maddi sübut kimi götürülüb”.
O bildirib ki, ayrı-ayrı su hövzələri üzə aparılan təhlillər nəticəsində təkcə Xəzər dənizində 44 nəfər saxlanılıb:
“Ümumilikdə həmin ərazidə 39 nəfərə 43 050 manat cərimə tətbiq edilib, 21 min manatdan çox iddia qaldırılıb, 5 iş həmin işlərlə bağlı tətbiq edilən ziyan cinayət tərkibi yaratdığından aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına göndərilib”.
Bakıda sürücülərin cərimələnməsinə səbəb olan yol xətlənməsi dəyişdirildi - VİDEO
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO












