Qarabağ Dirçəliş Fondunda Türkiyə Bələdiyyələr Birliyi ilə səmərəli görüş - FOTO

Sentyabrın 3-də Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev Türkiyə Bələdiyyələr Birliyinin xətti ilə ölkəmizə səfərə gələn Kahramanmaraş Böyük Şəhər Bələdiyyəsinin sədri Hayrettin Güngörün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvü, millət vəkili Fatma Yıldırım da iştirak edib.
Fonddan verilən məlumata görə, qonaqları salamlayan Rəhman Hacıyev ilk olaraq Qarabağ Dirçəliş Fondunun yaradılmasının əsas məqsəd və vəzifələri, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərlik etdiyi Müzəffər Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Qələbənin əhəmiyyəti və xalqımızın qarşısında dayanan yeni çağırışlar barədə ətraflı məlumat verib.
Görüş zamanı nümayəndə heyətinin başçısı Hayrettin Güngör qardaş ölkəyə səfərindən məmnunluğunu ifadə edərək, Qarabağ Dirçəliş Fondu ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirmək niyyətində olduqları bir sıra layihə təklifləri irəli sürüb.
İki qardaş ölkə arasında olan birliyin bütün dünyaya səs saldığını ifadə edən millət vəkili Fatma Yıldırım birgə əməkdaşlıq ideyasını yüksək qiymətləndirib.
Tərəflər arasında qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi barədə geniş fikir mübadiləsi aparılıb.
Daha sonra qonaqlara dağıdılmış binaları, yerlə-yeksan olunan tarixi abidələri əks etdirən “Qarabağda Urbisid” adlı sənədli film və ideya müəllifi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın olduğu “Karabakh.Center” saytının təqdimat videosu təqdim olunub.
Sonda Türkiyə Bələdiyyələr Birliyinin nümayəndələri tərəfindən xatirə hədiyyələri təqdim olunub.
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
















