Qarabağ müharibəsində uğura vasitəçi olmaq bizim üçün böyük şərəfdir - Selcuk Bayraktar

“Ölkələr artıq sonuncu pilotlu döyüş təyyarələrini istehsal edirlər. İyirmi il, on il sonra döyüşdəki ən böyük doktrinalı dəyişikliyi pilotsuz uçuş aparatları edəcək. Bunu bugünkü mütəxəssislər formalaşdıracaqlar. F-35 və F-16 qırıcıları dövrünün sona çatacağını da proqnozlaşdırırıq”.
Avtosfer.az xəbər verir ki, bu fikirləri “CNN Türk”ə müsahibəsində Türkiyənin “Baykar” şirkətinin direktoru Selçuk Bayraktar söyləyib.
“İnanırıq ki, pilotsuz döyüş təyyarələri hətta beşinci nəsil təyyarələrin belə, sonunu gətirəcək. Gələcəyin ən güclü hərbi hava qüvvələri pilotsuz döyüş təyyarələri olacaq”, - deyə o bildirib.
“Baykar” şirkətinin rəhbəri qeyd edib ki, bu mövzu Qarabağ müharibəsindən sonra müzakirə edilib. “Əgər yarışda önə çıxdığınız vaxt qaçmağa davam etsəniz, digər ölkələrin sizə çatması çətinləşir. İnkişafa davam etsək, hər hansı bir xarici və ya daxili təsiri olmasa, belə davam edəcək.
Biz hazırda bu texnologiyaya böyük marağı müşahidə edirik. İllərdir "Bayraktar"ın gəlirlərinin yüzdə yetmiş faizindən çoxu hətta ixracatdandır. Bu, müdafiə sənayesi üçün rekord göstəricidir".
“Qardaşım Haluk Bayraktara Ukraynada fəxri fərman verildi, həm də yeni medal aldı. Atama, mənə və qardaşıma Qarabağ müharibəsindən sonra ordenlər verildi. Belə bir müharibədə müvəffəqiyyətə vasitəçi olmaq bizim üçün böyük şərəfdir”, - deyə Secuk Bayraktar əlavə edib.
O, qeyd edib ki, hazırda bir çox ölkələr Türkiyədən pilotsuz təyyarə almaq istəyirlər. Artıq 10-dan çox ölkə ilə müqavilə imzalanıb, 5 ölkəyə ixrac edilib.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 1-də Selçuk Bayraktarı qəbul edib. Dövlət başçısı Azərbaycanla Türkiyə arasında qardaşlıq əlaqələrinin gücləndirilməsinə, əməkdaşlığın inkişafına, Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin təmin olunması istiqamətindəki haqq işinə verdiyi töhfəyə görə Selçuk Bayraktarın “Qarabağ ordeni” ilə təltif edildiyini bildirib və ordeni Selçuk Bayraktara təqdim edib.
Bu yüksək mükafata görə Prezident İlham Əliyevə təşəkkürünü bildirən Selçuk Bayraktar deyib: “Həqiqətən də bu, mənim üçün böyük bir qürur və şərəfdir”.
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












