“Qarabağ üçün heç nə etmədiniz, “soyqırımı” deyirsinizsə, güzgüyə baxın” - Ərdoğan

“30 il öncə işğal edilən Dağlıq Qarabağ və Azərbaycan şəhərlərində edilənlər ortadadır”.
Aztosfer.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonrakı açıqlamalarında deyib.
O, ABŞ Prezidenti Co Baydenə müraciət edib:
“Cənab Bayden, Minsk Qrupu deyə bir üçlük formalaşdırılmışdı. ABŞ, Rusiya və Fransa vardı. 30 il bu işğaldan xilas etmədiniz. Oradakı insanlar, azərbaycanlı qardaşlarımız, təəssüf ki, bir milyondan çox insan oralardan didərgin düşməyə məcbur oldu”.
Dövlət başçısı bildirib ki, bütün o yerlər, o Qarabağ, bütün binalar dağıdılıb:
“Soyqırımı” deyirsinizsə, güzgüyə baxıb özünüzü qiymətləndirməlisiniz. Hinduları deməyimə ehtiyaqc yoxdur. Bütün bunlar ortada ikən, sizlər Türkə, Türk millətinə “soyqırımı” etiketini yapışdıra bilməzsiniz.
Baxın, buralarda on minlərlə mülki insan qətl edilib, 1,5 milyon azərbaycanlı qardaşlarımız evlərini tərk etmək məcburiyyəti qarşısında qoyulub”.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












