Qarabağa göndərilən rus general barədə XOŞAGƏLMƏZ MƏLUMATLAR

Ötən gün Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinə yeni rəhbər təyin olundu.
Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu posta Mixail Kosobkov təyinat aldı.
Sentybarın 9-da general-mayor Mixail Kosobkov Yerevana gələrək Ermənistanın müdafiə naziri Arşak Karapetyanla görüşdü.
O, 10 aydır ki, sülhməramlılara rəhbərlik edən general-leytenant Rüstəm Muradovu əvəz etdi.
Hazırda Mixail Kosobkovun kimliyi sual doğurur.
Onunla bağlı əldə olunan məlumatlar Kosobkovun MDB məkanında ərazi mübahisələri olan əksər bölgələrdə xidmət etdiyini göstərir.
Belə ki, 2015-2017-ci illərdə o, Gürcüstanın işğal altındakı Abxaziya bölgəsində Rusiyanın 7-ci hərbi bazasının komandiri olub.
Bundan başqa, Rusiyanın Ukraynadan ilhaq etdiyi Krım yarımadasında Rusiya Hərbi Dəniz Qüvvələrinin komandir müavini vəzifəsində çalışıb. Son vaxtlara qədər isə Mixail Kosobkov Rusiyanın Şimali Qafqaz və Gürcüstanın işğal altındakı Cənubi Osetiya bölgəsini əhatə edən 58-ci Ümumqoşun Ordusunun komandir müavini olub.
Xidmət etdiyi münaqişəli bölgələrdə separatçı rejim rəhbərləri ilə isti münasibətlər qurması general-mayorun Dağlıq Qarabağa təyinatında müəyyən narahatlıqlar doğurur.
Bundan əlavə, Mixail Kosobkovun ilk növbədə Yerevana səfər etməsi, hələ də Azərbaycanın müdafiə naziri ilə görüşməməsi sual doğuram məqamlardandır.
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












