Qarabağda Rusiya sülhməramlıları ermənilərin basdırdığı minaya düşdü

Rusiyanın iki sülhməramlısı Qarabağda yaralanıb. Avtosfer.az "Lentaru"ya istinadən xəbər verir ki, bu barədə "Hərbi müşahidəçi" Telegram-kanalı məlumat yayıb.
Qeyd edilir ki, sülhməramlılar onları daşıyan "Ural" markalı avtomobilin minaya düşməsi nəticəsində yaralanıblar. Hadisə hələlik rəsmən təsdiqlənməyib.
Qeyd edək ki, Qarabağda hərbi əməliyyatlar 2020-ci ilin 10 noyabrında Azərbaycan Ordusunun 44 günlük müharibədəki parlaq qələbədən sonra dayanıb. Belə ki, Ermənistan hakimiyyəti öz ordusunun ardıcıl məğlubiyyətindən sonra noyabrın 10-da Qarabağ bəyanatını imzalamağa məcbur olub. Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları bəyanata əsasən ikinci Qarabağ müharibəsi başa çatıb və döyüşlər dayandırılıb. Lakin müharibənin başa çatmasından 5 aydan çox vaxt keçməsinə baxmayaraq, Ermənistan razılaşmanın müddəalarını kobud şəkildə pozaraq, minalanmış ərazilərin xəritəsini Azərbaycana verməkdən imtina edir.
Xatırladaq ki, bu, Rusiya hərbçilərinin Qarabağda ermənilərin basdırdığı minaya düşmələri ilə bağlı ilk hadisə deyil.
15 sentyabr: Paytaxtın hazırda hansı küçələrində sıxlıq var? - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı-Kuryk bərə xətti ilə səyahət Azərbaycana nə qazandıracaq? - DEPUTAT
Paytaxtın bu küçələrində təmir işləri YEKUNLAŞIB
DTX-nin saxladığı tiktoker "Çevik"i hansı cəza gözləyir?
Ramiz Mehdiyevin cinayət işi məhkəməyə göndərilib: Digər müttəhim kimdir?
Azərbaycanda İLK: Dövlət qurumlarında İŞ REJİMİ DƏYİŞİR
Bakıda marşrut xətlərinə REKORD SAYDA avtobus buraxılacaq
“Uşaqpulu”, pensiya, quru sərhədlər… – İlin sonuna kimi nələr dəyişə bilər?
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Xocəsən qəsəbəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Maşın bazarında parklanma qalmaqalı: 50 qəpik əvəzinə 5 manat istədilər - VİDEO











