Qarabağda tikiləcək tunellər: Ən böyüyü burada olacaq

İşğaldan azad olunmuş ərazilərdə tikiləcək tunellərin ümumi uzunluğu təxminən 70 kilometr olacaq. Layihələndirmə işləri tikinti ilə paralel aparıldığına görə, bu rəqəm artıb-azala bilər.
Avtosfer.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.
Qurum rəsmisi bildirib ki, Əhmədbəyli-Füzuli-Şuşa yolunda 7 tunelin tikintisi nəzərdə tutulub.
“Bu yolda tikiləcək tunelin ən böyüyünün uzunluğu 3,3 kilometr (km) olacaq. Ümumilikdə isə ən böyük tunel Kəlbəcər yolunda Murovdağ silsiləsinin altından keçməklə inşa ediləcək. Bu tunelin uzunluğu 11,7 km olacaq.
Bundan əlavə, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd yolunda 3 tunelin tikintisi nəzərdə tutulub ki, onların da uzunluğu 3,4 kilometr nəzərdə tutulub. Toğanalı-Kəlbəcər-İstisu yolunda 3 tunelin inşası planlaşdırılır. Gələcəkdə çəkiləcək Kəlbəcər-Laçın yolunda isə ilkin olaraq 3 tunelin tikintisi nəzərdə tutulub”.
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO












