Qarabağdakı ermənilər əmlaklarını satışa çıxarıblar - Sülhməramlıların yalanı üzə çıxdı

“Hazırda Qarabağda, Rusiyanın sülhməramlı kontingentinin nəzarətində olan ərazilərdə yaşayan ermənilərin sayı daha da azalıb. İki ay əvvəl bu ərazilərdə 24350 erməni var idisə, indi onların sayı 18934 nəfərə düşüb”.
Avtosfer.az xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Elçin Alıoğlu məlumat verib.
Onun sözlərinə görə, Rusiyanın sülhməramlı kontingentinin rəhbərliyi və rəsmi İrəvan "müharibə başa çatandan sonra Qarabağa 53 min erməni qayıdıb" desələr də, bu, ağ yalandır:
“Statistika da var - ermənilərlə rusiyalı sülhməramlıların saxta rəqəmlərindən fərqli olaraq. Belə ki, iyulun 4-dən avqustun 7-dək Laçın dəhlizi vasitəsilə Ermənistandan Qarabağa 14302 dəfə avtomobillə giriş qeydə alınıbsa, həmin zaman kəsiyində Qarabağdan Ermənistana çıxış 21134 olub.
Qarabağdakı ermənilər daşınmaz əmlaklarını dəyər-dəyməzinə satışa çıxarıblar.
Ermənistanda ən populyar onlayn alqı-satqı servisi olan list.am-da Qarabağdakı evlər və obyektlər ilk baxışdan “real” qiymətə göstərilsə də, həmin evin və ya obyektin sahibinə elə ilk zəng zamanı qiymətdə minimum 25-30 faiz endirim olur. Sövdələşmə uzun çəkərsə, 40 min dollara satışa çıxarılmış mənzili 5 min dollara da almaq mümkündür”.
Elçin Alıoğlu qeyd edib ki, Qarabağlı ermənilər Ermənistana üz tutmaqla, orada məskunlaşmaq niyyətində deyillər:
“Onlar Ermənistandan sonradan Rusiyaya, Ukraynaya, Qazaxıstana və s. ölkələrə mühacirət üçün tramplin qismində istifadə etmək niyyətindədirlər. Qarabağlı ermənilər bu məqsədlərinə çatmaq üçün Ermənistanda sadəcə, müvəqqəti yerbəyer olmaq, sonra qaçqın statusu alan kimi İrəvanı tərk etməyi planlaşdırırlar. Bunu Ermənistan mediası da etiraf edir”.
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO












