"Qardaş ölkələrin təcrübəsinin öyrənilməsi çox əhəmiyyətlidir" - Kamran Əliyev

"2009-cu il, oktyabrın 9-da Naxçıvan şəhərində imzalanan müqavilə ilə Türk Dövlətlərinin Əməkdaşlıq Şurasının təsis edilməsi, daha sonra isə həmin təsisatın təkmilləşdirilərək Türk Dövlətləri Təşkilatına çevrilməsi ilə qardaş xalqlar arasında inteqrasiya prosesləri yeni müstəviyə qədəm qoyub".
Avtosfer.az xəbər verir ki, bunu “Hüquq münasibətlərində transmilli aspektlər: müasir çağırışlar və hədəflər” mövzusunda keçirilən beynəlxalq konfransda Azərbaycanın Baş prokuroru Kamran Əliyev deyib.
Onun sözlərinə görə, ötən dövr ərzində türk dövlətlərinin hüquq mühafizə orqanları, məhkəmə akademiyaları və təlim mərkəzləri ilə əməkdaşlıq əlaqələrinin institusionallaşması ilə bağlı əməli addımlar atılıb: "2022-ci il, dekabrın 11-də İstanbul şəhərində özündə üzv statusunda Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstanın ədliyyə və prokurorluq orqanlarının təlim-tədris mərkəzlərini və akademiyalarını, eləcə də müşahidəçi statusunda Macarıstan və Şimali Kiprin müvafiq qurumlarını birləşdirən Türk Ədliyyə Təlim Şəbəkəsi (Turkish Judicial Training Network) təsis edilib. Azərbaycan tərəfini həmin Şəbəkədə Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası və Baş Prokurorluğun Elm-Tədris Mərkəzi təmsil edir. Azərbaycan 2024-cü ildə Şəbəkəyə sədrlik etməyə başlayıb".
K. Əliyev vurğulayıb ki, bu gün öz işinə başlayan beynəlxalq konfransda aktivlərin bərpası prosesinin səmərəliyinin artırılması, ekoloji hüquqpozmalara qarşı mübarizə, transmilli hüquqpozmaların qurbanlarının mülki-hüquqi müdafiəsi, türkdilli ölkələrin kommersiya hüququ sahəsində qanunvericilik bazasının inkişafı kimi məsələlərin müzakirəsi planlaşdırılıb:
"Bizim üçün qardaş ölkələrin bu sahədə təcrübəsinin öyrənilməsi, öz müsbət təcrübəmizlə bölüşmək çox əhəmiyyətlidir. Əminəm ki, hakim və prokurorların peşə hazırlığında da müasir texnologiyaların, proqram təminatlarının tətbiqi ilə bağlı müzakirələr xüsusi əhəmiyyətə sahib olacaq".
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












