Qaxda polis reyd keçirdi, karantini pozanlar cərimələndi - FOTO

Koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə Qax Rayon İcra hakimiyyəti və Polis Şöbəsi əməkdaşlarının birgə iştirakı ilə şəhər ərazisində növbəti reyd keçirilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, reyd zamanı fəaliyyətinə icazə verilən obyektlərdə, sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində, həmçinin hərəkətin intensiv olduğu açıq ictimai məkanlarda yoxlamalar aparılıb.
Həyata keçirilən nəzarət-profilaktik tədbirlər zamanı bəzi vətəndaşların qaydalara riayət etmədiyi aşkarlanıb.
Belə ki, əvvəllər dəfələrlə izahedici söhbətlər aparılmasına və xəbərdarlıq edilməsinə baxmayaraq, yenə də analoji qayda pozuntularına yol verən sahibkarlara rast gəlinib. Həmin şəxslər barəsində polislər tərəfindən qanunvericiliyə uyğun tədbir görülüb.
"Həmçinin Polis Şöbəsində obyekt sahibləri və icarədarlarla görüş təşkil olunub ki, burada da Nazirlər Kabineti tərəfindən qəbul edilən qərar və göstərişlərə uyğun fəaliyyət göstərməyin vacibliyi onların diqqətinə çatdırılıb", - Mətbuat xidmətindən bildirilib.





Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












