Qaxda qovaq ağaclarını kəsən şəxs barəsində cinayət işi başlanılıb - FOTO
Xəbərlər
12 İyul 2021 14:00

Qax rayonu Qazmalar kəndi ərazisində 23 ədəd qovaq ağacının naməlum şəxs və ya şəxslər tərəfindən kəsilərək təbiətə ümumilikdə 27760 manat dəyərində maddi ziyanın vurulması barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Polis Şöbəsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, daxil olmuş müraciət əsasında Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində ağacları kəsən şəxsin İbaxlı kənd sakini Kamran Abdullayev olduğu müəyyən edilib. O, saxlanılaraq istintaqa təqdim olunub.
Araşdırma zamanı K.Abdullayevin həmin ağacları kəsərək özünə məxsus “QAZ-53” markalı yük avtomobili ilə daşıdığı və ayrı-ayrı şəxslərə satdığı məlum olub.
Faktla bağlı Qax RPŞ-də Cinayət Məcəlləsinin 259-cu (Qanunsuz ağac kəsmə ) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.



Oxunub : 966
DİGƏR XƏBƏRLƏR
12 Oktyabr 2026 23:06
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
12 Oktyabr 2026 20:29
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
12 Oktyabr 2026 20:17
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
12 Oktyabr 2026 19:45
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
12 Oktyabr 2026 19:24
18 marşrutun hərəkət sxemi dəyişdirilir
12 Oktyabr 2026 18:41
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
12 Oktyabr 2026 18:00
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
11 Oktyabr 2026 13:41
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
9 Oktyabr 2026 22:29
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
9 Oktyabr 2026 18:47
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
9 Oktyabr 2026 18:22
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
9 Oktyabr 2026 16:11
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
ŞƏRH YAZ












