Qaz limiti necə hesablanacaq? - VİDEO

Məlum olduğu kimi iyulun 1-dən etibarən Tarif Şurasının qərarı ilə qaz limiti yeni tariflə hesablanır. Bəs smart karta qərarın qüvvəyə mindiyi gündən əvvəl yüklənən vəsaitlərin aqibəti necə olacaq?
Avtosfer.az xəbər verir ki, qaz limiti ilə bağlı edilən dəyişiklik bəzi vətəndaşlar arasında çaşqınlıq yaradıb.
"Azəriqaz" İstehsalat Birliyinin şöbə müdiri Ceyhun Səfərov bildirdi ki, artıq bu ayın 1-dən etibarən smart karta yüklənən vəsaitlər yeni tarifə əsasən hesablanır.
Qurum rəsmisi qərarın qüvvəyə mindiyi gündən əvvəl smarta karta köçürülən vəsaitlərlə bağlı duruma da aydınlıq gətirib. O deyib ki, iyulun 1-dən əvvəl karta yüklənən vəsait əvvəlki tariflə hesablanacaq.
Ceyhun Səfərov mexaniki sayğaclarda limitin yeni tariflə hesablanacağı vaxtı da açıqlayıb.
Qeyd edək ki, Tarif Şurasının qərarı ilə güzəştlə qaz limiti 2200 kubmetrdən 1200 kubmetrə endirilib. İllik qaz istehlakı 1200 kubmetrdən çox olan abonentlər 1 kubmetr üçün 20 qəpik, 2500 kubmetrdən çox olanlar isə 25 qəpik ödəyəcəklər.
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX












