Qazaxıstanda 1000-ə yaxın maşının Azərbaycana göndərilməsi gecikir

Qazaxıstanın Manqistau vilayətinin Kurık limanında bərə ilə Azərbaycana göndərilməsini gözləyən 1 000-ə yaxın maşın yığılıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Qazaxıstan KİV-nə istinadən xəbər verir.
Limanın direktoru Serik Axmetov qeyd edib ki, gecikmə bir neçə səbəbdən baş verib.
"Noyabr-dekabr aylarında liman təxminən 50 % hava şəraitinə görə bağlı olur. Digər amil maşınların sayının artmasıdır, çünki Rusiyaya qarşı sanksiya siyahısı genişləndirilib və məhsulların bir hissəsi indi köhnə marşrutlarla göndərilə bilmədiyi üçün bütün bu yük maşınları bu gün bizə gəlib", - liman rəhbəri vurğulayıb.
Onun sözlərinə görə, indi Qazaxıstanın Nəqliyyat Nazirliyinin dəstəyi ilə bütün Azərbaycan bərələrinin Manqistau istiqamətinə yönəldilməsi barədə razılıq əldə edilib.
"Növbə problemi həll olunana qədər gücləndirmə işləri davam edəcək. Bizim hesablamalarımıza görə, bu, yanvarın sonu - fevralın əvvəlində baş verəcək. İndi Kurıkdan vaqonların göndərilməsinə məhdudiyyətlər tətbiq etmişik, maşınlara üstünlük veririk. Bizim tərəfdən təxminən 1000 ədəd maşın var, bir o qədər də maşın isə Azərbaycana göndərilməsinii gözləyir. Marşrutun əlavə bərələrə ehtiyacı var", - S.Axmetov əlavə edib (Report).
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












