Qazaxıstanda "Artilleriya atəşinin ustaları" müsabiqəsinin açılış mərasimi olub - FOTO

“Beynəlxalq Ordu Oyunları-2021” yarışları çərçivəsində Qazaxıstanın Qvardiya qarnizonunda keçirilən "Artilleriya atəşinin ustaları" müsabiqəsinin təntənəli açılış mərasimi olub.
Müdafiə Nazirliyindən Avtosfer.az-a verilən xəbərə görə, Qazaxıstan Respublikasının Dövlət Himninin ifası ilə tədbir açıq elan edildikdən sonra müsabiqəyə qatılan komandaların təntənəli keçidi olub.
Qazaxıstan Respublikasının müdafiə naziri, general-leytenant Nurlan Yermekbayev çıxış edərək “Beynəlxalq Ordu Oyunları”nın başlaması münasibətilə yarış iştirakçılarını təbrik edib, komandalara uğurlar arzulayıb.
Qazaxıstanın müdafiə naziri oyunların beynəlxalq əməkdaşlığın formalaşması, gücləndirilməsi və inkişafında əhəmiyyətindən danışaraq bu əlaqələrdə Qazaxıstanın rolunu da qeyd edib.
Sonra “Beynəlxalq Ordu Oyunları”nın bayrağı qaldırılıb və müsabiqədə iştirak edən komandalar “Beynəlxalq Ordu Oyunları” marşını ifa ediblər.
Təntənəli mərasimin sonunda minaatan qruplarının yarışlarına start verilib.
Sentyabrın 4-dək davam edən "Artilleriya atəşinin ustaları" müsabiqəsində Azərbaycan, Belarus, Vyetnam, İran, Rusiya, Suriya, Tacikistan və Özbəkistan komandaları iştirak edirlər.
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı















