Qazi adı altında reketlik edən şəxs saxlanıldı - VİDEO

Xəzər rayonunda dələduzluq edən makler Azər Cəbrayılov həbs edilib. Bu barədə oxu.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib. Onun barəsində mülkiyyət, istifadə və ya icarə hüququ olmadan neft sənayesinə aid torpaq sahələrində özbaşına tikinti işləri apardığına görə cinayət işi başladılıb.
Qeyd edək ki, Azər Cəbrayılovun qanunsuz əməlləri barədə mətbuatda da geniş araşdırmalara yer verilib. O, Maştağa və Buzovnada SOCAR-a məxsus torpaqları zəbt edib, tikinti işləri aparması ilə gündəmə gəlib. Azər Cəbrayılov neft quyularının yaxınlığında qanunsuz tikdiyi evləri daha sonra müxtəlif şəxslərə satıb.
Sakinlərin dediyinə görə, Azər Cəbrayılovla SOCAR əməkdaşları arasında bir neçə dəfə qarşıdurma da yaranıb. O, ətrafına topladığı şəxslərlə H.Z.Tağıyev adına Neft-Qaz Çıxarma İdarəsinin əməkdaşlarına və mühafizəçilərə hücum çəkərək tikinti işlərinin qarşısının alınması üçün görülən tədbirlərə mane olub.
Azər Cəbrayılov qanunsuz tikinti işlərini başa çatdırmaq üçün özünü “Qarabağ qazisi” adlandıran saxtakar qruplaşma ilə də əlaqəyə girib. O, pul müqabilində həmin şəxslərdən tikintiyə müdaxilə olunmasının qarşısını almağı təklif edib.
Sakinlərin bildirdiyinə görə, Azər Cəbrayılov neft quyularının yaxınlığında tikdiyi evləri satmaq üçün bir çox ailələrə yalan vədlər verib: məsələn yaxınlıqdakı neft quyusu işləmir, yaxud bir neçə ay sonra həmin neft quyusu söküləcək, bu ərazilər abadlaşdırılacaq və sair. Təbii ki, bunların heç biri gerçəkləşməyib və hazırda bir çox ailə neft quyularının ətrafında təhlükəli, normal yaşayış üçün heç bir şəraiti olmayan, üfunət qoxulu ərazilərdə yaşamağa məcbur qalıb.
Qeyd edək ki, Azər Cəbrayılovun zəbt edib tikinti işləri apardığı mədən ərazilərində yeni neft quyularının qazılması planlaşdırılsa da, həmin ərazilərdə kütləvi məskunlaşma olduğundan bu işləri icra etmək mümkün deyil.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












