Qazın spot qiyməti 254 dollara çatıb

Avropada qazın spot qiymətləri yeni həftənin başlanğıcı ilə artmağa davam edib. Qiymət artımı soyuq hava şəraiti, həmçinin Rusiya və Norveçdən boru kəmərləri ilə tədarükün azalması fonunda baş verib.
Niderlandın TTF qovşağında tədarükü aprelin 13-nə nəzərdə tutulan qazın min kubmetr üçün qiyməti 254 dollara yüksəlib. Bu, son iki ayda ən yüksək göstəricidir. Bundan əvvəl, aprelin 12-də qazın qiyməti 239 dollar səviyyəsinə yüksəlib.
Qeyd edək ki, 2020-ci ilin sonuna olan məlumata görə, Avropa ölkələri tərəfindən qaz idxalı illik göstəricidə 9 % azalaraq 326 milyard kubmetr təşkil edib. Hesabat dövründə Avropa İttifaqında (Aİ) təbii qaz istehlakı illik 3 % azalaraq 394 milyard kubmetrə çatıb. Aİ-də qaz hasilatı keçən il təxminən 23 % azalaraq 54 milyard kubmetr təşkil edib. (“Report”)
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












