“Qəbələ - sağlam mühit” İctimai Birliyi agentliyin dəstəyilə həyata keçirdiyi layihənin icrasını başa çatdırıb - FOTO

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qəbələ - sağlam mühit” İctimai Birliyininhəyata keçirdiyi “Ətraf mühitin qorunması və əhalinin ekoloji maarifləndirilməsi” adlı layihəsində nəzərdə tutulan maarifləndirici tədbirlər başa çatdı. Tədbirlər aprelin 13-ü N.Allahverdiyev adına Qax şəhər 2№-li məktəb-liseydə və Etibar Babayev adına Qax şəhər 4 №li tam orta məktəbdə, aprelin 14-ü Zaqatala rayon Yuxarı Tala kənd 4№-li tam orta məktəbdə vəZaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecində, aprelin 15-i Balakən rayon Nəsimi adına şəhər 2 nömrəli tam orta məktəbdəvə Balakən rayon Səməd Vurğun adına Qullar 1 saylı kənd tam orta məktəbdə keçirildi.
Keçirilən tədbirlərdə rayon icra hakimiyyətlərinin nümayəndələri, məktəb direktorları, müəllim və şagird kollektivləri iştirak etdilər. İlk öncə tədbir iştirakçılarını salamlayaraq və onlara bu şərati yaradan rayon icra hakimiyyətinin başçılarına, icra nümayəndələrinə və məktəb direktorlarına təşəkkürünü bildirən ictimai birliyin icraçı direktoru layihənin aktuallığı və məqsədi haqqında məlumat verdi. Daha sonra geniş məlumat vermək üçün sözü təlimçi-ekspertə verdi. Təlimçi qeyd etdi ki, aparılmış təhlillər göstərir ki, respublikamızda, mərkəz və regionlar üzrə ekoloji vəziyyət hələ də qənaətbəxş deyildir. Məsələn, əsas sərvətlərimizdən olan neft-qaz məhsulları sovet dövründən intensiv çıxarılsa da, lakin təbiətin mühafizəsini təmin edən tədbirlər görülməmiş, ona görə Abşeron yarımasında keçmiş neft quyuları olan yerlər və neft sularının tullantıları torpağı yararsız vəziyyətə salmışdır.Bundan əlavə Xəzər dənizinin səviyyəsinin artması bir böyük ekoloji problemə çevrilmişdir, su hövzəsinin çirklənməsi məsələsi də həllini gözləyən problemlərdən biridir.
Bitki və ağac örtüyünə gəldikdə isə, Azərbaycanda xüsusən, Şəki-Zaqatala regionunda çox qiymətli ağac növləri bitir, çox zaman buna əhəmiyyət verilmir və qış aylarında ucqar kəndlərdə belə ağaclardan odun kimi istifadə olunur, bu da yol verilməzdir. Məsələn, Abşeron yarımadasında səhralaşma prosesi müşahidə olunur. Bunların səbəbləri: əhalinin sıxlığı, ağacların kəsilməsi, bitki örtüyünün deqradasiyası, neft hasilatı, emalı və nəqli ilə əlaqədar torpağın çirklənməsi, ölkə sənayesinin əsasən Abşeron yarımadasında yerləşdirilməsi.
Daha sonra təlimçi şagirdlərlə diskussiya şəklində mövzu haqqında söhbətlər apardı.
Tədbirlərdə şagirdlərə layihə çərçivəsində nəşr edilmiş maarifləndirmə xarakterli bukletlər, flayerlər, dəftərxana ləvazimatları, üzərində donorun və ictimai birliyin loqosu, layihənin adı qeyd olunan qısaqol köynəklər və papaqlar paylanıldı.













Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ
Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi - VİDEO
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA











