Qəbələdə narkotacir saxlanıldı: Külli miqdarda narkotik vasitə dövriyyədən çıxarıldı - FOTO
Xəbərlər
7 Avqust 2022 11:16

Qəbələdə narkotacir saxlanılıb,külli miqdarda “patı” və digər narkotik vasitələr dövriyyədən çıxarılıb.
Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin satışı, eləcə də narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs tutularaq məsuliyyətə cəlb edilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında keçirilən tədbir zamanı əvvəllər də eyni əmələ görə ümumilikdə 8 il məhkum olunmuş Lətif Mehralıyev şübhəli şəxs qismində saxlanılıb.Onun üzərində daşıdığı çantaya baxış keçirilən zaman satış məqsədi ilə əldə etdiyi 200 qram metamfetamin (patı), 90 qram tiryək, kibrit qutularında qurudulmuş marixuana və iki ədəd elektron tərəzi aşkarlanıb. Aparılan araşdırmalar zamanı müəyyən edilib ki, saxlanılan şəxs narkotik və psixotrop maddələri “Whatsapp” vasitəsilə mütəmadi olaraq əlaqə saxladığı əcnəbi narkotacirdən onlayn yolla alıb.
Davam etdirilən tədbirlərlə L.Mehralıyevin rayon ərazisində yerləşən evinə də baxış keçirilib. Baxış zamanı həmin ünvandan 17 ədəd narkotik tərkibli çətənə bitkisi,120 qrama yaxın marixuana və 350 qram tiryək aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, L.Mehralıyevin ətrafında istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Oxunub : 1024
DİGƏR XƏBƏRLƏR
30 Sentyabr 2026 19:30
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
29 Sentyabr 2026 20:53
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
29 Sentyabr 2026 18:53
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
28 Sentyabr 2026 18:47
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
28 Sentyabr 2026 18:23
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
26 Sentyabr 2026 19:52
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
26 Sentyabr 2026 18:12
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
26 Sentyabr 2026 16:19
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
26 Sentyabr 2026 14:47
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
25 Sentyabr 2026 20:33
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
24 Sentyabr 2026 23:02
Duman yollarda görünüşü məhdudlaşdıracaq
24 Sentyabr 2026 21:43
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
ŞƏRH YAZ











