Qəbələdə yol qəzası olub, yaralanan var
Xəbərlər
5 Sentyabr 2021 09:40
Oxunub 1680

Qəbələ rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində, sərnişin 1974-cü il təvəllüdlü İsmayılova Zərifə Cari qızı xəsarət alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı ona bədənin müştərək travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













