Qətl törədən taksi sürücüsü: "Özümü müdafiə etmək üçün bıçağa əl atdım"

Bakıda qətl törətməkdə təqsirləndirilən Sərxan Dadaşovun cinayət işi üzrə məhkəmə prosesində şahid ifadə verib.
Avtosfer.az-ın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əhməd Quliyevin sədrliyi ilə keçirilən iclasda şahid İmanverdi Mərdanov bildirib ki, taksi fəaliyyəti ilə məşğul olur.
O deyib ki, hadisə yerinə gedən zaman dava başa çatmışdı: "Mənə Şəhriyar adlı şəxs dedi ki, dava edənlər var, onları ayırmaq lazımdı. Ona söylədim ki, sərxoşdurlarsa, götürməyəcəm. Hadisə yerinə xeyli adam toplaşmışdı. Yerdə də bir nəfər uzanmışdı. Düşündüm ki, o, sərxoşdu. Gecə olduğuna görə üzərində qan izlərini görmədim. Sonradan ərazidə qətl hadisəsinin baş verdiyini eşitdim".
Təqsirləndirilən şəxs S.Dadaşov qeyd edib ki, həmin gün Samir və Kamil qardaşları ilə münaqişə yaşayıb: "Onlar məni maşından dartıb, yerə sərib döydülər. Samir 5 barmaqla başıma vurdu. Özümü müdafiə etmək üçün əlimə bıçaq keçdi Kamilə 1 bıçaq zərbəsi vurdum. Amma ona daha 13 bıçaq zərbəsinin vurulduğundan xəbərim yoxdur. Bunu mən etməmişəm".
Zərərçəkmişin hüquqi varisi isə təqsirləndirilən şəxsin ifadəsinə etiraz edərək deyib ki, o, yalan danışır.
Məhkəmədə elan olunub ki, iş üzrə bir neçə şahid məhkəməyə gəlməyib və onlara dəfələrlə xəbərdarlıq edilib. Həmin şəxslərin məhkəməyə məcbur gətirilməsi ilə bağlı qərar çıxarılıb.
Növbəti proses mayın 26-na təyin edilib.
Qeyd edək ki, hadisə ötən ilin sentyabrında paytaxtın Qaradağ rayonunda baş verib.
Lökbatan qəsəbəsi ərazisində 24 yaşlı S.Dadaşov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı qəsəbə sakinləri - 23 yaşlı Kamil Cəfərovu öldürüb, onun qardaşı 20 yaşlı Samir Cəfərova isə bıçaqla xəsarət yetirib.
Daha sonra S.Dadaşov saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, qətli törətməkdə şübhəli bilinən S.Dadaşovun taksi sürücüsü kimi fəaliyyət göstərdiyi, hadisənin qurbanı olan iki qardaşın isə ofisiant işlədiyi bildirilir.
"Report"
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvana uçuşlar təxirə salındı - AZAL səbəbini açıqladı
İlham Əliyev Baxış Babayevlə bağlı SƏRƏNCAM imzaladı
Bu dəmir yolu marşrutu üzrə bayram reysləri təyin edildi - FOTO
10 Azərbaycan vətəndaşı 38 gün Ermənistanda qalıb
Prezident İlham Əliyev Cəbrayıla səfər etdi - FOTO - YENİLƏNİB
Bakıda bu marşrutların istiqaməti dəyişdi - SƏBƏB
Bu maşınlar operativ nəqliyyat vasitələri hesab ediləcək - Prezident təsdiqlədi
DTX-nin axtardığı Xətayi KİMDİR? - DOSYE+FOTO
Bu qurumlar "Bakı Metropoliteni"nə birləşdirildi - RƏSMİ
Bir qrup mədəniyyət xadiminə Prezidentin fərdi təqaüdü veriləcək








