QHT layihənin icrasını başa çatdırıb - FOTO

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə“İslam Ölkələrilə Dostluq və Mədəni Əlaqələr” İctimai Birliyininhəyata keçirdiyi “Şəki-Zaqatala regionunda yerləşən qoruq-muzeylər və onların milli mənəvi dəyərlər sistemində rolu” layihəsində nəzərdə tutulan maarifləndirici tədbirlər başa çatdı. Tədbirlər aprelin 13-ü N.Allahverdiyev adına Qax şəhər 2№-li məktəb-liseydə, aprelin 14-ü Zaqatala rayon Yuxarı Tala kənd 4№-li tam orta məktəbdə və aprelin 15-i Balakən rayon Nəsimi adına şəhər 2 nömrəli tam orta məktəbdə keçirildi.
Keçirilən tədbirlərdə rayon icra hakimiyyətlərinin nümayəndələri, məktəb direktorları, müəllim və şagird kollektivləri iştirak etdilər. İlk öncə tədbir iştirakçılarını salamlayaraq və onlara bu şərati yaradan rayon icra hakimiyyətinin başçılarına, icra nümayəndələrinə və məktəb direktorlarına təşəkkürünü bildirən layihə rəhbəri Gülnar Qədirova layihənin aktuallığı və məqsədi haqqında məlumat verdi. Daha sonra geniş məlumat vermək üçün sözü təlimçi-ekspertə verdi. Təlimçi də öz növbəsində şagirdlərlə diskussiya şəklində mövzu haqqında söhbətlər apardı.
Tədbirlərdə şagirdlərə layihə çərçivəsində nəşr edilmiş maarifləndirmə xarakterli bukletlər, dəftərxana ləvazimatları, üzərində donorun və ictimai birliyin loqosu, layihənin adı qeyd olunan qısaqol köynəklər və papaqlar paylanıldı.















Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ
Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi - VİDEO
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA











