QHT-lərin səyyar xidmətləri üçün müraciətlərin qəbulu başa çatır

Sabah azad edilmiş ərazilərdə QHT-lərin səyyar xidmətləri üçün müraciətlərin qəbulu başa çatır.
Avtosfer.az-ın məlumatına görə, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi Azərbaycan QHT-lərinin bu şanlı tarixi prosesdə daha yaxından iştirakını təmin etmək üçün azad edilmiş ərazilərdə məskunlaşan əhali üçün QHT-lərin səyyar xidmətləri layihəsinə başlayır.
Layihə məskunlaşma aparılan ərazilərdə yerli ehtiyaclara uyğun olaraq, hədəf qruplarına QHT-lər tərəfindən səyyar ödənişsiz xidmətlərin təşkilini nəzərdə tutur. QHT nümayəndələrinin nəqliyyat, gecələmə və qidalanma xərcləri qarşılanacaq, QHT-lər isə fəaliyyət göstərdikləri profil üzrə yerli əhaliyə ödənişsiz səyyar xidmət göstərəcək.
Bura səyyar tibbi xidmət (müayinə və s.), fiziki məhdudiyyətli uşaqlar üçün təlimlər, məktəblilər üçün intellektual oyunlar, peşə seçimi təlimləri, asudə vaxtın səmərəli təşkili, şəhid ailələrinin üzvləri üçün psixoloji xidmət, məşğulluğun və peşə hazırlığının artırılması təlimləri, ustad dərsləri, ekoloji maarifləndirmə, mina və partlamamış hərbi sursatlardan, vəhşi heyvanlardan qorunma kimi mövzularda sayıqlılığın artırılması təlimləri kimi səyyar xidmətlər daxildir.
Azad edilmiş ərazilərdə QHT-lərin səyyar xidmətlərinin iyul ayında reallaşdırılması planlaşdırılır.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












