Qiyamçılar ticarət gəmisini vurdu

Yəməndəki qiyamçı husilərin “Ənsar Allah” Hərəkatı Qırmızı dənizdə Britaniya Hərbi Dəniz Qüvvələrinə məxsus “HMS Diamond” esminesinə ballistik raket zərbələri endirdiklərini bəyan edib. APA-nın “Al Masirah” telekanalına istinadən verdiyi xəbərə görə, bunu “Ənsar Allah” hərəkatının hərbi təmsilçisi Yəhya Saria bildirib.
Eyni zamanda “Norderney” və “MSC Tavvishi” ticarət gəmilərinə pilotsuz təyyarələr, ballistik və gəmi əleyhinə raket hücumları həyata keçirildiyi, “Norderney” gəmisində yanğın başladığı bildirilib.
Böyük Britaniya Müdafiə Nazirliyi isə “Ənsar Allah” tərəfindən “HMS Diamond” esminesinə zərbə endirildiyini təkzib edib.
Qeyd edək ki, bundan əvvəl Britaniyanın Dəniz Ticarəti Əməliyyatları İdarəsi Yəmənin Ədən limanı sahillərində ticarət gəmisinə zərbə endirildiyini, gəmidə yanğın başladığını açıqlamışdı.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












