Qobustanda torpaq sürüşməsi olub, 40-dan çox evə ziyan dəyib - FOTO

Qobustanın Cəyirli kəndində torpaq sürüşməsi baş verib.
APA-nın xəbərinə görə, sürüşmə nəticəsində kənd ərazisində 40-dan çox evin divarlarında irili-xırdalı çatlar əmələ gəlib. Torpaq sürüşməsi zamanı vətəndaşlara məxsus 2 yaşayış ev tam qəzalı vəziyyətə düşdüyündən evlərdə yaşayış üçün təhlükəli vəziyyət yaranıb.
Qeyd edək ki, son vaxtlar Qobustana yağan qar və yağışdan sonra rayonun Cəyirli kəndində yenidən torpaq sürüşməsi aktivləşib. Bir həftə öncə başlayan sürüşmə gün keçdikcə daha da artıb, bəzi evlərə ciddi ziyan dəyib. Hazırda bir neçə evin tavanında, döşəməsində, yardımçı tikililərdə xırda çatlar genişlənərək iri yarğanlar yaranıb.
Kənd sakini Vidadi Axundova məxsus yaşayış evi sürüşmə nəticəsində qəzalı vəziyyətə düşdüyündən, artiq 2 gündür, ailə üzvləri evi boşaldaraq qohumlarının evində qalmaq məcburiyyətində qalib. Sakinlərim sözlərinə görə, sürüşmə hər gün davam edir, evlərdə yararanan xırda çatların əhatəsi böyərək təhlükəli vəziyyət yaradır.
Sakinlər deyir ki, Cəyirli kəndində ilk torpaq sürüşməsi 2003-ci ildə baş verib. Sürüşmə zamanı bəzi evlər qəzalı vəziyyətə düşdüyü üçün dövlət tərəfindən həmin evlərin sahiblərinə kompensasiya verilib, bəzi ailələr başqa əraziyə köçürülüb. 19 il idir ki, Cəyirli kəndində sürüşmə baş verməsə də, bu il yenidən aktivləşmə başlayıb.










Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












