Qubada ailə faciəsi: Ana qızını xilas etmək istədi, amma öz həyatını itirdi - VİDEO

Qubanın vəlvələ kəndində bədbəxt hadisə baş verib. Ana kanala düşən qızının xilas etmək istəyib. Azyaşlı xilas olsa da ana boğularaq ölüb.
Ana su kanalına düşən uşağını xilas etmək istəyərkən boğularaq ölüb.
Ölümlə nəticələnən bədbəxt hadisə Qubada baş verib.
Rayonun Vəlvələ kənd sakini 34 yaşlı Diləfruz Mustafayeva övladı 13 yaşlı Lamiyə Mustafayevanın Samur-Abşeron su kanalına düşdüyünü görüb.Ana övladını xilas etmək üçün suya atılıb.
Qadının kanalda olduğunu görən əri Asəf Mustafayev də özünü kanala atıb..Uşaq sudan çıxarılsada anasını xilas etmək mümkün olmayıb.
Diləfruz Mustafayevanın meyiti hadisənin olduğu yerdən bir neçə kilometr uzaqdan çıxarılıb.Lamiyə Mustafayeva müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qusar Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib, vəziyyəti orta-ağırdır. Qeyd edək ki, uşağın atası Asəf Mustafayevin Samur-Abşeron Kanalında gözətçi işlədiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT












