Qubada fəhlənin hündürlükdən yıxılaraq ölməsi ilə bağlı cinayət işi başlanıb

Avqustun 12-si saat 17 radələrində Quba rayon sakini 1967-ci il təvəllüdlü Elman Abbasovun iş yerində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Quba Rayon Prokurorluğundan verilən məlumata görə,ilkin araşdırmalarla müəyyən olunub ki, Elman Abbasov fəhlə işlədiyi Quba şəhərində yerləşən “Şaving İnşaat” MMC-yə məxsus torpaq sahəsində tikilməkdə olan “xeyir-şər evi”nin inşası zamanı yükqaldırıcının mexanizminin pozulması nəticəsində hündürlükdən yıxılaraq aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.
Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












