Qubada yarım tona yaxın narkotik bitkiləri becərən dəstə üzvləri saxlanılıb - FOTO

Quba Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi əməliyyat zamanı 39 yaşlı paytaxt sakini Səmədov Mehman Səməd oğlu və onun tanışı, 31 yaşlı Xanmirzəyev Ceyhun Əhməd oğlu saxlanılıblar.
"Report"un verdiyi məlumata görə, əməliyyat-axtarış tədbirləri zamanı Mehman Səmədova məxsus həyətyanı sahəyə baxış keçirilib. Oradan xüsusi aqrotexniki qaydada qulluq göstərilməklə yetişdirilən, hündürlüyü 5 sm-dən 245 sm-dək olan və yaş halda ümumi çəkisi 501 kq-dan çox olan 1 235 ədəd narkotik tərkibli çətənə kolları və onun şitilləri, eyni zamanda, 15 kq-dan artıq narkotik vasitə olan qurudulmuş marixuana aşkarlanıb.
Hər iki şəxs saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı












