Qusar çayın üzərindəki körpü BAĞLANDI - FOTO - VİDEO

Bakı-Quba-Rusiya sərhədi yolunun 182-ci km-də, Quba rayonunun ərazisində yerləşən Qusar çayın üzərindəki körpü müvəqqəti bağlanıb və nəqliyyat vasitələrinin hərəkəti üçün alternativ yol açılıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Quba "5 Saylı Yol İstismarı" MMC-nin baş mühəndisi Rövşən Babayev məlumat verib.
Onun sözlərinə görə, 1972-ci ildə istifadəyə verilmiş Qusar çayın üzərindəki körpü uzun müddətdir təmir olunmayıb:
“Bu səbəbdən 146 metr uzunluğu, 8 aşırımı olan körpünün 2 aşırımı qəzalı və təhlükəli vəziyyətə düşüb. Hər hansı bədbəxt hadisənin qarşısını almaq üçün körpü təmirə dayanıb. Körpünün 2 aşırımı əsaslı bərpa ediləcək. Bərpa işləri iki ay müddətinə aparılacaq. Körpünün bərpadan sonra açılışı sentyabrın 15-i nəzərdə tutulur".
(bizim.media)
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident




















