Qusarda Polis Akademiyasına qəbulla bağlı görüşlər keçirilib - FOTO

DİN-in Polis Akademiyasında təhsilə təşviqlə bağlı görüşlər Qusar rayonunda da davam etdirilir.
Bu həftə ərzində rayonunun müxtəlif kəndlərində, həmçinin bu gün Qusar RPŞ-nin inzibati binasında yuxarı sinif şagirdləri və onların valideynləri ilə növbəti görüş baş tutub.
Görüşdə çıxış edən RPŞ-nin əməkdaşkarı və Polis Akademiyasının nümayəndəsi məktəblilərə sağlam həyat tərzinin təbliği, eləcə də onlarda vətənpərvərlik hissinin daha da yüksəldilməsi, xalqımızın tarixi keçmişi, ölkəmizdə yaradılan sabitlik, asayiş barədə danışıblar.
Ölkəmizin daxili işlər orqanlarının və Polis Akademiyasının tarixi, vətənə xidmətin şərəfli olması barədə yeniyetmə və gənclərimizlə söhbətlər aparıb.
Ali təhsil almaq arzusunda olan abituriyentlərə Polis Akademiyası barədə ətraflı məlumat verilib, qocaman təhsil müəssisəsinin ölkəmizdə savadlı kadrların yetişməsində, daxili işlər orqanlarının hüquqşünaslarla təmin olunmasında mühüm rol oynadığını diqqətə çatdırılıb.
Sonda şagirdlərin sualları cavablandırılıb və iştirakçılara Polis Akademiyasının fəaliyyətini özündə əks etdirən qısametrajlı tanıtım videoçarxı göstərilib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident



















