Banner

Qusarda qanunsuz narkotik yetişdirən şəxs saxlanıldı

Xəbərlər 27 İyul 2021 18:00 Oxunub 1688
Qusarda qanunsuz narkotik yetişdirən şəxs saxlanıldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Qusar Rayon Polis Şöbəsinin əməkdaşları “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Kuzun kəndinin sakini Ehtiram Mollayev saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba Regional Qrupunun baş inspektoru polis leytenantı Xəyal Talıbov bildirib ki, həmin şəxsin yaşadığı Kuzun kəndindəki özünəməxsus evin həyətyanı sahəsinə baxış keçirilən zaman onun qanunsuz olaraq əkib yetişdirdiyi çətənə bitkisi aşkar olunaraq götürülüb.

Faktla bağlı istintaq aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh