Rekord yeniləndi: ADY ilk dəfə 8 milyonuncu sərnişini daşıdı - FOTO

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sərnişindaşıma xidmətində bu il də rekord göstərici qeydə alınıb. Belə ki, ötən il olduğu kimi, bu il də nəzərdə tutulmuş hədəf aşılaraq ilk dəfə il ərzində 8 milyon sərnişin daşınıb.
Avtosfer.az xəbər verir ki, son illər ADY-də aparılan islahatlar sayəsində sərnişindaşıma göstəricilərində yüksək artım tempi müşahidə olunur. Belə ki, dəmir yolları ilə ölkə daxilində daşınmış sərnişinlərin sayı 2021-ci ildə 2,8 milyon, 2022-ci ildə 5,2 milyon, 2023-cü ildə isə 7,1 milyon nəfər təşkil edib.
2024-cü ildə yeni “Stadler” qatarlarının istismara verilməsi nəticəsində Bakı–Ağstafa–Bakı marşrutu üzrə reyslərin gün ərzində 2 dəfə artırılması, Ləki və Ucara dayanacaq verilməsi, həftəsonları və bayram günlərində rayonlararası istiqamətlərə əlavə reyslərin təyin olunması, həmçinin Abşeron dairəvi marşrutu üzrə qatarların hərəkət qrafikinin optimallaşdırılması bu il sərnişindaşımada rekord göstəricinin yenilənməsinə imkan yaradıb.
ADY-nin Sərnişin daşımaları departamentinin nümayəndələri 8 milyonuncu sərnişin olan 4 yaşlı Dəniz Məmmədlini və valideyni Aydan Məmmədlini təbrik edərək rayonlararası istiqamətlərə birinci sinif üzrə gediş-dönüş bileti və xatirə hədiyyələri təqdim ediblər.
8 milyonuncu sərnişinimizin valideyni Aydan Məmmədli xüsusi diqqətə görə təşəkkür edərək ADY-nin sürətli sərnişin qatarları ilə daim səfər etdiklərini və rahat, təhlükəsiz səyahətdən zövq aldıqlarını bildirib.
ADY sərnişinlərin rahat və təhlükəsiz daşınmasını səmərəli şəkildə təşkil edir, xidmət keyfiyyətini yüksəldir, qatar personalının bilik və bacarıqlarının müasir standartlara uyğun olaraq artırılmasını uğurla həyata keçirir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident













