"Rəng festivalı" FACİƏYƏ ÇEVRİLDİ: 41 ölü, 38 yaralı

Hindistanda koronavirus əleyhinə bir sıra tədbirlər və məhdudiylyətlərə baxmayaraq qeyd olunan “Holi” festivalında sıxlıq səbəbiylə 41 nəfər həyatını itirib.
Bu barədə "Hindustan Times" qəzeti məlumat yayıb.
Bildirilib ki, Bihar ştatında “Holi” festivalı zamanı iki sutka ərzində baş vermiş qəzalar və şiddət hadisələrində 3-ü uşaq olmaqla 41 nəfər ölüb, 38 nəfər yaralanıb.
Qeyd edək ki, Hindistanda xalq bir çox əyalətdə koronavirusa qarşı tətbiq edilən tədbirlərə məhəl qoymayaraq ənənəvi bahar festivalı "Holi"-ni qeyd etmək üçün küçələrə axışıb.
Hinistanlılar arasında yaxşılığın şər üzərində qələbəsini təmsil edən "Holi" şənlikləri eyni zamanda qışın bitməsini və baharın başlanğıcını müjdələyir.
Yerli xalq “Holi” festivalının ərəfəsində tonqal yandıraraq müxtəlif dini ayinlər icra edir. Festival günü isə bir-birlərini isladırlar və rəngli tozlar atırlar. Bu səbəbdən “Holi” bir çox ölkədə "rəng festivalı" kimi tanınır. (Publika.az)
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












