“Rent a car”dan avtomobil götürüb oğurluq edən dayı-bacıoğlu saxlanıldı - FOTO

Şəki Şəhər Rayon Polis Şöbəsinə Oraban kəndindəki evlərin birindən 1000 manat dəyərində antik samovarın, eləcə də müxtəlif məişət məişət əşyalarının oğurlanması barədə müraciət daxil olub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, daxil olmuş müraciət əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törədən şəxslərin Bərdə rayon sakini Nəvai Abbasov,onun dayısı, Yevlax sakini İlham Quliyev və Bakı şəhər sakini Elxan Hüseynov olduğu müəyyən edilib. Həmin şəxslər “Rent a car”dan icarəyə götürdükləri “Hyundai”markalı avtomobillə Yevlax rayonu ərazisində hərəkətdə olarkən polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb və şöbəyə gətiriliblər. Saxlanılan şəxslər ifadələrində oğurladıqları samovarı və misdən olan məişət əşyalarını dəyərindən ucuz qiymətə satdıqlarını, əldə etdikləri pulu isə öz aralarında böldüklərini bildiriblər.
Araşdırma zamanı qrup üzvlərinin başqa cinayət əməllərinin də üstü açılıb. Belə ki, onların Şəki rayonunun Köbər Zəyzid kəndində yerləşən mağazaların birindən oğurluğa cəhd etdikləri və “VAZ-2109” markalı avtomobildən akkumulyator, eləcə də nəqliyyat vasitəsinə yaxın ərazidə olan pivə çəlləyini oğurladıqları məlum olub.
Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
















