Rəşad Mahmudovdan koronavirusla bağlı ÇAĞIRIŞ

“Son günlər COVİD bəlasının yeni bir dalğası ilə üzləşmişik. Bir il yarımlıq dünya təcrübəsinə əsaslanaraq yaşayış tərzimizi tənzimləyə bilsək, həyatımıza rəsmi sərt məhdudiyyətlərsiz davam edə bilərik”.
Modern.az xəbər verir ki, bunu tibb üzrə elmlər doktoru, deputat Rəşad Mahmudov deyib.
“Hamılıqla və hər birimiz öz həyatımız, ailəmiz, sevdiklərimiz, tanıdıqlarımız, tanımadıqlarımız naminə şəxsi həyatımızda daha məsuliyyətli, daha səliqəli olmaq məcburiyyətindəyik.
Ən azından qarşındakı iki həftə ərzində sərt karantin rejimlərinin bizə aşılamış olduğu bütün təcrübədən, vasitələrdən istifadə etmək, yararlanmaqla yanaşı, həm də ictimai, məişət ünsiyyətlərini minimuma endirmək, kontaktları yalnız qaçılması mümkün olmayan hallarda qurmağımız bir zərurətə çevrilib”, - deputat qeyd edib.
Onun sözlərinə görə, tibbi təcrübəmiz artsa da, virusa qarşı mübarizə metodlarımız təkmilləşsə də, yoluxma sayı artır, ölüm halları mövcuddur, virus da yenilənməyə meyllidir:
“Peyvənd olunma yoluxmanın qarşısını ala bilmir. Amma peyvənd olunma virusa yoluxmada ağırlaşmaları minimuma endirir, əziyyət çəkməni, reanimasiyaya düşməyi, müalicə xərclərini və ən əsası, ölüm hallarını kəskin şəkildə azaldır. Peyvəndlənmə tək xilas yolumuzdur”.
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












