Rəşad Nəbiyev görüş keçirdi: Vahid Nəqliyyat Strategiyası hazırlanacaq

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev ölkəmizin nəqliyyat qurumlarının rəhbərləri ilə onlayn formatda görüş keçirib.
Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd olunub ki, görüşdə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini Əli Abdullayev, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Baş direktoru Taleh Ziyadov, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev, “Azərbaycan Hava Yolları” QSC-nin vitse-prezidenti Eldar Hacıyev, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) yanında Dövlət Dəniz Agentliyinin direktoru Qüdrət Qurbanov, NRYTN yanında Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif Məmmədov iştirak ediblər.
Görüş zamanı ölkənin Vahid Nəqliyyat Strategiyasının hazırlanması və bundan irəli gələn məsələlərin müzakirəsi aparılıb.
Eyni zamanda, işğaldan azad olunan ərazilərimizdə nəqliyyat və rabitə infrastrukturunun bərpası layihələrinin koordinasiyalı şəkildə icrası məsələləri müzakirə predmeti olub.
Rəşad Nəbiyev nəqliyyat sahəsində fəaliyyətin effektivliyinin artırılması, sahəvi nəqliyyat qurumlarının inkişaf strategiyalarının ölkənin ümumi inkişaf strategiyası ilə uzlaşdırılması və nəqliyyat qurumlarının fəaliyyətində qarşılıqlı ahəngdarlığın təmin edilməsi üçün Vahid Nəqliyyat Strategiyasına ehtiyac olduğunu deyib.
Nazir bildirib ki, bu strategiya nəqliyyat qurumları tərəfindən layihələrin icrasında pərakəndəliyin olmamasını, nəqliyyat növlərinin qarşılıqlı fəaliyyətinin əlaqələndirilməsində mövcud çətinliklərin aradan qaldırılmasını, büdcə vəsaitlərindən və torpaq fondundan səmərəli istifadəni təmin edəcək.
Görüş iştirakçıları ölkəmizin nəqliyyat sektorunun hazırkı vəziyyəti, pandemiya dövründəki fəaliyyət və perspektivlər haqqında ətraflı danışıblar.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












