"Rolls-Royce" elektrik təyyarəsi üç rekorda imza atıb
Britaniyanın Rolls-Royce plc şirkəti tərəfindən inşa edilən Spirit of Innovation elektrik təyyarəsi üç potensial dünya rekordunu qeydə alıb. Birincisi, təyyarə üç kilometrlik məsafəni 555,9 km/saat sürətilə uçaraq, əvvəlki nailiyyəti 213,04 km/saat yaxşılaşdırıb. İkincisi, təyyarə 15 kilometrlik məsafədə eyni dərəcədə təsiredici nəticə göstərib, üçüncüsü isə, Extra Aircraft şirkəti tərəfindən Siemens, MT-Propeller və Pipistrel firmaları ilə əməkdaşlıqda hazırlanmış Extra 330LE prototipindən bir dəqiqə daha yeyin 3000 metrlik yüksəkliyə qalxa bilib.
Spirit of Innovation (həmçinin ACCEL, Accelerating the Electrification of Flight) ilk dəfə 15 sentyabr 2021-ci il tarixində havaya qalxıb. Prototipin əsasını Sharp Nemesis NXT yarış təyyarəsinin karbonplasikdən füzelyajı təşkil edir. Təyyarə 260 kilovatlıq porşenli Lycoming mühərrikinin əvəzinə ümumi hasilatı 400 kilovat (544 at qüvvəsi) olan üç YASA elektrik mühərrikindən ibarət olan güc qurğusu və 320 kilometr uçuş məsafəsini təmin edən batareya (tıxac ağacından izolyasiyası olan 6480 hüceyrəli və 750 voltluq gərginlikli) ilə təchiz edilir.
Rolls-Royce plc şirkətinin məlumatına görə, bu ilin 16 noyabr tarixində Spirit of Innovation üç kilometrlik məsafədə 555,9 km/saat həddinə sürətlənib ki, bu da ona dünyanın ən sürətli elektrik təyyarəsi adına iddialı olmağa imkan verir. Artıq lazımi sənədlər Beynəlxalq Aviasiya İdmanı Federasiyasına təqdim olunub, lakin rekord hələlik təsdiqlənməyib, odur ki,Extra 330LE prototipinin əldə etdiyi 337,5 km/saatlıq nəticə rekord olaraq qalır.
Eyni zamanda, Britaniya təyyarəisi daha iki dünya rekorduna iddialıdır. Birincisi, 15 kilometrlik məsafədə əldə edilən maksimal sürətdir: 532,1 km/saat. İkincisi, 3000 metr yüksəkliyə qalxma vaxtıdır: 3 dəqiqə 22 saniyə. Bu göstərici Extra 330LE modelinin nəticəsindən düz bir dəqiqə yaxşıdır. Bundan əlavə, Rolls-Royce iddia edir ki, cəhdlərdən biri zamanı Spirit of Innovation 623 km/saata qədər sürətlənib. Xatırladaq ki, Sharp Nemesis NXT modelinin göstərdiyi maksimal sürət 655,101 km/saatdır.
Əslində ACCEL layihəsinin əsas məqsədi rekord vurmaq deyil. Batareyanı hazırlayan Electroflight şirkətinin direktoru Stcon Yanqmən söhbətin hava səyahətini karbonsuzlaşdırmaqdan getdiyini bildirir. Rolls-Royce şirkətinin tərəfdaşları sınaqlar zamanı toplanan məlumatların uçan taksilər üçün səmərəli elektrik güc qurğularının yaradılmasına kömək edəcəyinə ümid edirlər.
Bu dövlət qurumunda 130 nəfər ixtisara düşdü - Baş nazirdən QƏRAR
Gecə də baha, gündüz də! - Bakıda taksi qiymətləri niyə gün boyu YÜKSƏKDİR? - FOTO
"Şir heykəli" ərazisində köhnə asfalt yenisi ilə nə vaxt əvəzlənəcək? - VİDEO
Pensiyalarla bağlı ŞAD XƏBƏR: Bu qədər artım olacaq - Nazirlikdən AÇIQLAMA
Bayılda binanın fasadı qopdu - VİDEO
90 min yox, 180 min manat - Kompensasiya ilə bağlı YENİ TƏKLİF
Əsas yolda təhlükəli vəziyyət: Oyuncaq maşınla yola çıxdı - VİDEO
''Vaz'' dairəsi kimi tanınan ərazidə sürücülərə TƏHLÜKƏ - VİDEO
Əxlaq normalarını pozan İKİ UŞAQ ANASI SAXLANILDI
İki məktəbin fəaliyyəti dayandırılacaq - RƏSMİ
Bakı sakinlərinə ŞAD XƏBƏR - Tıxaclara çarə tapıldı










